Qardaş Türkiyəyə növbəti humanitar yardım

post-img

Aprelin 8-də Azərbaycandan növbəti humanitar yardımı Türkiyənin Malatya əyalətinə çatdırılıb.

Humanitar yükün qardaş Türkiyə­nin sakinlərinə təhvil verilməsi mərasi­mində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və qurumun digər məsul şəxsləri iştirak ediblər. 

Jurnalistlərlə söhbətdə Valeh Ha­cıyev qeyd edib ki, aksiyanın məqsədi Ramazan bayramı ərəfəsində qardaş ölkədə zəlzələdən zərər çəkən bölgə sakinlərinə dəstəyin göstərilməsidir.

Dəstəyə görə Azərbaycan hökuməti və xalqına təşəkkürünü bildirərək Ma­latyadakı Battalgazi rayon administra­siyasının başçısı Erkan Savar deyib: “Azərbaycan genişmiqyaslı təbii fə­lakətin ilk günündən bizə yardım əlini uzadıb. Azərbaycan hökuməti tərəfin­dən zəlzələdə zərər çəkmiş insanlara yardım bu gün də davam etdirilir, buna görə də biz qardaş ölkəyə səmimi-qəlb­dən təşəkkürümüzü bildiririk”.

Son xəbərlər