Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının görüşü

post-img

Aprelin 4-də Bakıda “Xəzər dənizinin akvatoriyasında ekoloji təhdidlər və hüquqpozmalar: dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşü keçirilib.

Baş prokuror Kamran Əliyev ölkəmizdə ekoloji problemlərin həllini daim diqqətdə saxlayan Ümummilli lideri Heydər Əliyevin Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması sahəsin­də uğurlu dövlət siyasətini həyata keçirdiyi­ni vurğulayıb. Həmin strateji kursun davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edil­diyini, ölkəmizin 2030-cu ilədək sosial-iqti­sadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildiyini, o cümlədən bu ilin noyabrında COP29-a ev sahibliyi edəcəyini diqqətdə saxlayıb.

Xəzər dənizinin ətraf mühitinin mü­hafizəsi və təbii ehtiyatlardan səmərəli is­tifadə məsələləri, bu sahədə prokurorluq orqanlarının rolu, o cümlədən 2006-cı il 12 avqust tarixli “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası üzrə əməkdaşlığın vacibliyi­ni vurğulayıb. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva ölkəmiz tərəfin­dən Xəzərin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılma­sından, o cümlədən dənizin ekoloji vəziyyəti­nin qiymətləndirilməsi, dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdiril­məsi məqsədilə nazirlik tərəfindən mütəmadi ekspedisiyaların keçiriliməsindən danışıb.

XQ

Son xəbərlər