Baş nazir müavininin Çin səfiri ilə görüşü

post-img

Aprelin 3-də Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Çin Xalq Respublikasının səfiri xanım Qo Min ilə görüşüb. 

Görüşdə Azərbaycan–Çin əlaqələrinin inkişaf dinamika-sından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi-ticari, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb. Ş.Mustafayev ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfir Q.Minə təşəkkür edib, gələcək diplomatik fəaliyyətində ona uğurlar arzulayıb. 

XQ

Son xəbərlər