Əfv Komissiyasında 700-dən çox müraciətə baxılacaq

post-img

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib. Bu barədə komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiyada 700-dən çox müraciətə baxılacaq: “Burada həbsdə olan qadınlar, əcnəbilər, hərbi qulluqçu­lar, yol-nəqliyyat hadisələri ilə bağlı həbs olunanlar, ömürlük məhkumlar və sairə barədə müraciətlərə baxılacaq. İlk iclas­da 100-dən artıq müraciətə baxıldı. Gər­gin və məhsuldar müzakirələr oldu”.

XQ

 

Son xəbərlər