Sankt-Peterburq heyəti Bakıda

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya ara­sında münasibətlərin mehriban qon­şuluğa və qarşılıqlı anlaşmaya əsas­landığı, əlaqələrimizin bir çox sahələri əhatə etdiyi qeyd olunub. Bu səfərin də ölkələrimiz arasında əlaqələrin bir göstəricisi olduğu bildirilib. Söhbət za­manı iki ölkə arasında əməkdaşlığın in­kişafında dövlət başçılarının şəxsi mü­nasibətlərinin rolu xüsusi vurğulanıb.

Parlamentin Sədri xalqlarımız ara­sında əsrlər boyu davam edən tarixi əlaqələrin mövcud olduğunu, bu mü­nasibətlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Spiker Rusiyada baş vermiş terror hadisəsi ilə əlaqədar başsağlığı verib.

Söhbət əsnasında, ikitərəfli əlaqələ­rin inkişafında parlamentlərin mühüm rolu vurğulanıb. Qeyd olunub ki, Milli Məclis həm Federasiya Şurası, həm də Dövlət Duması ilə sıx əməkdaşlıq edir. S.Qafarova Rusiya Federasiyası­na rəsmi səfərlərini xatırladaraq, Azər­baycan Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında im­zalanan əməkdaşlıq haqqında Anlaş­ma Memorandumunun bu əlaqələrin daha da inkişafına imkanlar yaratdığını vurğulayıb. Parlamentin Sankt-Peter­burq Qanunvericilik Məclisi ilə əlaqələ­rinin olduğu, bu məclisin üzvlərinin ölkəmizə səfər etdiyi də xatırlanıb.

Qonaqpərvərliyə görə minnətdarlı­ğını bildirən qubernator Aleksandr Beq­lov Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumət­lərarası komissiyanın yaradılmasının 20-ci ildönümü münasibətilə ölkəmizə səfər etdiyini xatırladıb. 

Ümummilli lider Heydər Əliyevi xoş xatirələrlə yad edən qubernator deyib ki, bu müdrik şəxsiyyətin əsasını qoy­duğu siyasi kursu bu gün Prezident İlham Əliyev böyük uğurla davam etdi­rir. O, ötən il Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunduğunu xatırladaraq, Sankt - Pe­terburq şəhərində də bu münasibətlə geniş tədbirlərin keçirildiyini bildirib.

Qonaq, həmçinin paytaxt Bakı şəhəri haqqında da xoş xatirələrini bö­lüşüb və şəhərimizin inkişafının qonaq­larda böyük təəssüratlar yaratdığını bildirib.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər