Beynəlxalq Enerji Agentliyi COP28, COP29 və COP30 sədrlikləri “üçlüyü”nü dəstəkləyəcək

post-img

Beynəlxalq Enerji Agentliyimiz (İEA) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) COP28, Azərbaycanda COP29 və Braziliyada COP30 arasında davamlılığı asanlaşdırmaq üçün yaradılmış COP sədrliklərinin “üçlüyünü” (Troïka) dəstəkləmək üçün səylərini genişləndirməkdə davam edir. 

Bu fikirlər Beynəlxalq Enerji Agentli­yindən (IEA) verilən mətbuat açıqlama­sında yer alıb. Bildirilir ki, IEA-nın fevral ayında COP28-in nəticələrinin həyata keçirilməsinə dair ev sahibliyi etdiyi enerji və iqlim liderləri ilə yüksək səviyyəli təd­birdən sonra növbəti addımları müzakirə etmək üçün keçən həftə Parisdəki qərar­gahda daha bir görüşü keçirilib. 

Kopenhagendə IEA-nın icraçı direk­toru Fatih Birol COP 29-un prezidenti tə­yin olunmuş Muxtar Babayevlə COP29-dan əvvəlki əsas mərhələləri, həmçinin əməkdaşlıq imkanlarını və IEA dəstəyini müzakirə ediblər. Berlində F.Birol Brazi­liyanın yaşıl iqtisadiyyat katibi Rodriqo Rollemberq ilə görüşündə bu ölkənin bu il G20 sədrliyi və 2025-ci ildə COP30 sədrliyi zamanı ədalətli enerji keçidləri kimi məsələlərdə əməkdaşlığı müzakirə olunub. 

Həmçinin mətbuat açıqlamasında bildirilir ki, IEA-nın icraçı direktoru Fa­tih Birol Berlin Enerji Keçid Dialoqunun açılış sessiyasında Almaniyanın vit­se-kansleri Robert Habeck və xarici iş­lər naziri Annalena Baerbock ilə birlikdə yüksək səviyyəli auditoriya qarşısında çıxış edərək, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-dan əvvəl əsas priori­tetin inkişaf etməkdə olan iqtisadiyyat­larda təmiz enerjinin maliyyələşdirilmə­sinin artırılması olduğunu vurğulayıb. Fatih Birol BƏƏ-də COP28, Azərbay­canda COP29 və Braziliyada COP30 arasında davamlılığı asanlaşdırmaq üçün yaradılmış COP sədrliklərinin “üç­lüyünü” (Troïka) dəstəkləmək üçün IEA-nın səylərini genişləndirməkdə davam etdiyini bildirib. 

Fatih Birolun iqlim dəyişikliyi ilə bağlı “Financial Times”da dərc edilmiş məqaləsində bildirir ki, son illərdə baş verən hadisələr, o cümlədən qlobal enerji böhranı, yanacağın qiymətinin qalxması və ekstremal hava şəraitinin təsiri nə üçün irəli gedilməsi lazım ol­duğunu xatırladır. Qeyd olunur ki, hö­kumətlərin apardığı dəyişikliklər enerji keçidinin sürətinə yaxşı təsir göstərsə də, bəzi hallarda onu sürətləndirib, bəzi hallarda yavaşıtsa da, bu, iqlim dəyişik­likləri üzrə aparılan fəaliyyətin əsas is­tiqamətini dəyişdirməyəcək.

XQ

Son xəbərlər