Baş Prokurorluq və Hesablama Palatası əməkdaşlıq memorandumu imzalayıb

post-img

Aprelin 2-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Azər­baycan Respublikası Hesablama Palata­sının sədri Vüqar Gülməmmədov imza­layıblar.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev iki orqan arasında əmək­daşlığın hər zaman yüksək səviyyədə olduğunu bildirməklə yanaşı, həmin me­morandumun yeni mərhələyə keçid oldu­ğunu ifadə edib. Tərəflər arasında mü­nasibətlərin korrupsiyaya qarşı, dövlət maliyyə sahəsində, o cümlədən iqtisadi xarakterli cinayətlərə qarşı mübarizəyə töhfə verdiyini bildirib.

Sonra çıxış edən Hesablama Palata­sının sədri Vüqar Gülməmmədov ali au­dit orqanlarının korrupsiyanın qarşısının alınmasına cəlb edilməsi təcrübəsinin son illərdə genişləndiyini, korrupsiyaya qarşı mübarizənin Hesablama Palatası­nın vəzifələrindən biri olduğunu və əmək­daşlıq çərçivəsində müxtəlif təlim proq­ramlarının həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, memorandum çərçi­vəsində tərəflər korrupsiyaya qarşı mü­barizə səylərini birləşdirmək, bu sahədə sistemli, kompleks və innovativ xarakterli tədbirlərin icrasının davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə mövcud təcrübəni bölüşməklə ikitərəfli münasibətlərin səmərəli təşkil edilməsi və inkişafının təşviqi məqsədilə səla­hiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilmə­si barədə razılıq əldə ediblər.

XQ

Son xəbərlər