“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər”

post-img

Aprelin 2-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda geniş konfrans keçirilib.

Ümumilikdə, 20-dək müxtəlif dövlət qurumu və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri, Baş prokuror ya­nında Elmi-Məsləhət Şurasının üzvləri, ali təhsil ocaqlarının nümayəndələri və vətəndaş cəmiyyəti üzvlərinin iştirak et­diyi tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Admi­nistrasiyasının Hüquq-mühafizə orqanla­rı ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunve­ricilik və hüquq siyasəti şöbəsinin müdi­ri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ali Məhkəmənin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Vəkillər Kollegiyasının Rəyasət Heyəti­nin sədri Anar Bağırov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov çıxış edib. Həmçinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən “Elektron pro­kurorluq” informasiya sisteminin təqdi­matı keçirilib.

Daha sonra konfrans iştirakçıları tərəfindən ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi ilə əlaqə­dar Azərbaycan Respublikasının Ci­nayət-Prosessual Məcəlləsində və digər qanunvericilik aktlarında əlavə və də­yişikliklər edilməsi və mərhələli şəkildə elektron cinayət təqibinin tətbiqi, ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi ilə əlaqədar cinayət prose­si iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin prosessu­al hüquqlarının və ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi za­manı informasiya təhlükəsizliyinin təmin edilməsi, elektron cinayət prosesinə ke­çidlə əlaqədar aidiyyəti qurumların əmək­daşlarının bu sahədə peşəkarlığının, bi­lik, bacarıq və vərdişlərinin artırılması və digər aktual məsələlər geniş müzakirə edilib.

XQ

Son xəbərlər