Gün ərzində 95 cinayətin açılması təmin olunub

post-img

Martın 28-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 269, o cümlədən borclu şəxs qismində axtarışda olan 217 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 39 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər