Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Məlumatı DİN mətbuat xidməti verib.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
P.ƏMİRCANOV
XQ