Şəhidlərin xatirəsinə ehtiram

post-img

Azərbaycanda rəsmi səfər­də olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Şəhidlər xiyabanını ziyarət edib.

Baş nazir İrakli Kobaxidze Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda müba­rizədə canlarından keçmiş qəhrə­man Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtə­sindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-qu­ruculuq işləri barədə ətraflı məlu­mat verilib.

Son xəbərlər