Bakı Bəyannaməsi tərəfdaşlıq proqramı birgə əməkdaşlığın yol xəritəsidir

post-img

Azərbaycan Respublikasının, Gürcüstan və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin tam mətni açıqlanıb. 

Nazirlər ölkələri arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və etima­da əsaslanan mövcud möhkəm əlaqələri vurğulayaraq; qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayaraq; regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq; münaqişədən zərər çək­miş ərazilərinin yenidənqurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə edərək bəyan edirlər ki onlar:

Bir-birinin suverenliyinə, ərazi bütöv­lüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha tək­rarladılar;

Azərbaycan Respublikasının su­verenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışladılar və Azərbaycan Respublikası hökumətinin postmünaqişə dövründə bərpa və yenidənqurma səylə­rinə dəstəklərini bir daha təsdiqlədilər;

Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlü­yünün və sərhədlərinin toxunulmazlığı­nın qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşması­na öz dəstəklərini bir daha təsdiq etdilər, bununla bağlı Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd etdilər.

Bəyanatda daha sonra bildirilir ki, na­zirlər Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpası­nın son dərəcə vacib olduğunu bir daha qeyd etdilər, Transxəzər Şərq-Qərb Orta Dəhlizi, Dəmir İpək Yolunun bir hissə­si kimi Bakı-Tbilisi-Qars Dəmir Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu vur­ğuladılar. Bunlardan əlavə, nəqliyyat və kommunikasiya infrastrukturunun inki­şafının vacibliyini, qeyd eetdilər, aşağı karbon texnologiyaları da daxil, enerji və eləcə də insanlar arasında təmaslar, təh­sil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın genişləndi­rilməsini qərara aldılar.

Daha sonra bildirilir ki, nazirlər enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinə (CQD), eləcə də təbii qazın həcminin artırılmasına yönələn enerji layihələrinə olan tam dəstəklərini bir daha təsdiq etdilər, bərpaolunan ener­jidən səmərəli istifadə də daxil olmaqla, dayanıqlı artım sahəsindəki tədbirlərinin koordinasiyasını dəstəklədilər.

Bəyanatda qeyd edilən önəmli məsələlərdən biri də Azərbaycan Res­publikasının 2024-cü il noyabrın 11-dən 22-dək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensi­yasının (UNFCCC) Tərəflər Konfransının 29-cu iclasına (COP29) ev sahibliyinə se­çilməsinin alqışlanmasıdır.

XQ

Son xəbərlər