Əli Əsədovun Ümumdünya Buxara Yəhudiləri Konqresinin prezidenti ilə görüşü

post-img

Martın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ümumdünya Buxara Yəhudiləri Konq­resinin prezidenti Lev Levayev ilə görüşüb. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin Azərbay­canda tolerantlığın möhkəmləndi­rilməsi və multikultural dəyərlərin təbliği istiqamətində apardığı ardı­cıl siyasətin uğurla həyata keçirildi­yi qeyd olunub. 

Həmçinin vurğulanıb ki, ölkə­də bütün xalqların və dinlərin nü­mayəndələrinin, o cümlədən yəhu­di icmasının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün hər cür şərait yaradılıb.

XQ

Son xəbərlər