Əlaqələndirmə Qərargahının növbəti iclası

post-img

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə qərargahın növbəti iclası keçirilib.

Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqının öz güclü liderinə olan inamını və etimadını, dövlətimi­zin başçısının ölkəmizin inkişafı yolun­da həyata keçirdiyi qətiyyətli siyasətə dəstəyini bir daha ifadə etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, builki seçkilə­rin əsas xüsusiyyəti və önəmi ondadır ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq xalqımız ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qalib ölkənin vətəndaşları olaraq seçkidə işti­rak ediblər. Budəfəki seçkinin ölkəmizin bütün ərazisində, o cümlədən Xankən­didə, Şuşada və işğaldan azad edilmiş digər yerlərdə keçirilməsinin hər bir azərbaycanlı üçün tarixi və qürurverici hadisə olduğu vurğulanıb. 

İşğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının verdiyi tapşı­rıqlara uyğun olaraq ötən dövr ərzində genişmiqyaslı yenidənqurma və bərpa tədbirlərinin görüldüyü, keçmiş məcbu­ri köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı istiqamətində işlərin planlı və əlaqələndirilmiş şəkildə davam etdiril­diyi Qərargahın rəhbəri tərəfindən qeyd olunub.

Daha sonra iclasın gündəliyinə uy­ğun olaraq, “Azərbaycan Respublika­sının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqra­mı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların­da şəhərsalma fəaliyyəti, o cümlədən şəhərlərin və digər yaşayış məntəqələ­rinin yenidən qurulması, bərpası, nəq­liyyat infrastrukturunun yaradılması, rabitə xidmətinin təşkili, eyni zamanda, azad edilmiş ərazilərin iqtisadi dayanıq­lığının təmini, əhalinin məskunlaşması və məşğulluq məsələləri ilə bağlı gö­rülən işlər üzrə məruzələr dinlənilib. 

Azərbaycan Respublikası Prezi­dentinin işğaldan azad edilmiş müvafiq əraziləri üzrə xüsusi nümayəndəliklə­rinin yerlərdəki fəaliyyəti çərçivəsində görülən işlər və 2024-cü ildə qarşıda duran planlar barədə xüsusi nümayən­dələr tərəfindən məlumatlar verilib.

Qərargahın rəhbəri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrinin “Böyük Qayıdışa dair I Dövlət Proqra­mı”na uyğun olaraq keyfiyyətli, opera­tiv, kompleks yanaşma tətbiq etməklə əlaqələndirilmiş şəkildə icrasının vacib­liyini xüsusi vurğulayıb.

İclasın sonunda Azərbaycan Res­publikasının Prezidenti tərəfindən qarşı­ya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

XQ

Son xəbərlər