ASAPES rektoru Karlov Universitetinin rektoru ilə görüşdü

post-img

Martın 13-də ASAPES rektoru Fuad Hacıyev Çexiyaya səfəri çərçivəsində Karlov Universitetinin rektoru Milena Kraliçkova ilə görüşüb.

Görüşdə Karlov Universiteti, xüsusilə də Bədən Tərbiyəsi və İdman fakültəsi ilə davam edən əməkdaşlıq, atılan addımlar və gələcək planlar müzakirə edilib. Əsas hədəfin fizioterapiya üzrə ikili bakalavr və magistr proqramlarının hazırlanması olduğu vurğulanıb və bu istiqamətdə işlər aparılması üçün Karlov Universiteti professorlarının hazırda Akademiyada tədrisə cəlb olunması xüsusi qeyd edilib. 

Rektor, həmçinin 2023-cü il dekabrın 21-də Karlov Universitetində baş vermiş terror hücumu nəticəsində həlak olan tələbələrin xatirəsinə həsr edilmiş xalçanı xanım Kraliçkovaya təqdim edib və hadisənin baş verdiyi Yan Palaç korpusu önündəki monumentin qarşısına gül dəstəsi qoyub.

XQ

 

Son xəbərlər