Xankəndidə evlərdən pulemyot və avtomatlar tapılıb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Martın 11-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 tapança, 1 qumbara,  5 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 45 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən evlərdən və binalardan 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 5 tüfəng, 14 qumbara, 15 alışdırıcı, 4 rabitə qurğusu, 13 süngü-bıçaq, 96 patron darağı, 5031 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər