Martın 11-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti verib.
Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
P.ƏMİRCANOV
XQ