Baş prokuror Cəlilabadda qəbul keçirib

post-img

Martın 5-də Baş prokuror Kamran Əliyev Cəlilabad Rayon Prokurorluğunun inzibati binasında Cəlilabad, Masallı, Yardımlı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 75 nəfər vətən­daşın müraciətində konkret cinayət iş­lərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması za­manı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mül­ki xarakterli mübahisələr və sosial prob­lemlərə dair qeyd olunan məsələlərin bi­lavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əmək­daşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətən­daşların müraciətlərinə obyektiv baxılma­sı və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşı­dığını diqqətə çatdırıb, eləcə də prokuror­luq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologi­yalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəa­liyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artı­rılmasına dair təklifləri dinləyib.

XQ

Son xəbərlər