Avrasiya Yazarlar Birliyinin sədri Mətbuat Şurasında

post-img

Dünən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Azərbaycan Mətbuat Şurasında olub. 

Tanınmış ədibi salamlayan MŞ səd­ri Rəşad Məcid AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubi­yində iştirak etmək üçün ölkəmizə gəlmiş qonağın Türk dünyası ədəbi prosesinin inkişafında səmərəli fəaliyyətini qeyd edib. O bildirib ki, yazıçının qurucusu olduğu Avrasiya Yazarlar Birliyi, habelə “Qardaş qələmlər” dərgisi ədəbi-mədəni əlaqələr baxımından türk coğrafiyası­nın arealını hər zaman geniş tutması ilə fərqlənib. Bu fəaliyyət dəst-xətti nəsil­lərə örnək missiyadır və türk xalqlarının bir-birnə yaxınlaşmasına, onlar arasın­dakı bağların möhkəmləndirilməsinə müstəsna xidmət nümunəsidir. 

Milli Məclisin deputatı, “Ədalət” qəze­tinin təsisçisi Aqil Abbas bildirib ki, Yaqub Öməroğlunun türk xalqlarının birliyi ide­yasına illərdən bəri önəmli töhfələr verib. Artıq Azərbaycan–Türkiyə qardaşlığı türk dünyasının ruhunu müəyyənləşdirir, bü­tövləşdirici rol oynayır. 

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu başçılıq etdiyi qurumun gördüyü işlərdən söz açaraq bildirib ki, birlik Azərbaycanda və Türkiyədə, eləcə də Türk dünyasının müxtəlif ölkələrində fəaliyyətini uğurla davam etdirir.

XQ

Son xəbərlər