Bu gün Almatıda yerli vaxtla saat 11:22-də güclü zəlzələ baş berib. Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyi müxbiri xəbər verib.
Məlumata əsasən, təbii fəlakət nəticəsində mənzillərdə suvaqlar tökülüb, mebellər titrəməyə başlayıb. Bir dəqiqə sonra şəhərin xəbərdarlıq sistemi işə düşüb. Sakinlər küçələrə axışıblar.
Bir qədər sonra Respublika Fövqəladə Hallar Nazirliyinin Seysmik Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi Almatıda 6,1 bal gücündə zəlzələnin qeydə alındığını bildirib.
Enerji sinfi 13,2 olan zəlzələnin episentri Qazaxıstan ərazisində, Almatıdan 31 km cənubda, 10 km dərinlikdə yerləşib.
MSK-64 şkalası üzrə Almatıda həssaslıq 5 bal olub.
P.ƏMİRCANOV
XQ