Fransa polisi Korsikada etirazçılara müdaxilə edib

post-img

Korsikanın Bastiya şəhərində Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçirilib. 

Aksiya Korsikada müstəqillik tərəfda­rı olan fəalları birləşdirən "Nazione" hərə­katının liderlərindən birinin – İvan Kolon­nanın 2 il öncə həbsdə ona olan hücum nəticəsində ölümünün ildönümünə həsr edilb. 

Nümayişçilər “Fransa qatildir!”, “Rədd olsun Fransa!”, “Zorakılığa son!”, “Rep­ressiyaya son!” deyərək, mövcud vəziy­yətdən cana doyduqlarını bildiriblər. 

Ədliyyə Sarayı qarşısında başlayan nümayişin iştirakçıları şəhər mərkə­zindən keçərək prefekturanın binası qarşısına gəliblər. Burada onlar tələb­lərini yüksək səslə Fransa hökumətinə eşitdirməyə çalışıblar. Nümayiş korteji Yuxarı Korsika prefekturasının qarşısına çatanda polis və nümayişçilər arasında toqquşma baş verib. Toqquşma zamanı polis gözyaşardıcı qazdan, su şırnağın­dan, eləcə də rezin güllələrdən istifadə edib. Nümayişçilər isə polisə qarşı molo­tov kokteyli atıblar. 

Nümayiş Patriotti kollektivi, Associu Sulidarita və Nazione müstəqillik partiya­larının çağırışı ilə təşkil olunub. 

Bildiririk ki, aksiyanı işıqlandıran "Ha­ber Global"ın canlı yayımına polis mü­daxilə edib. Belə ki, jurnalist Emre Kara­ca və operator Engin Esgi aksiyanı zor gücü ilə dağıtmaq istəyən asayiş keşik­çilərinin müdaxiləsi ilə üzləşib.

XQ

Son xəbərlər