Yanğınlar söndürülüb

post-img

Fövqəladə Hallar Nazirliyinin fevralın 26-na olan məlumatına görə, Mingəçevir şəhərində ümumi sahəsi 400 m² olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində yerləşən mətbəxdə mebel, 1 ədəd qabyuyan maşın, 1 ədəd qaz sobası və 1 ədəd aspirator yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Tərtər rayonunun Düyərli kəndində ümumi sahəsi 10 m² olan plastikdən ibarət ət mağazasının yanar konstruksiyaları, içərisindəki 1 ədəd kondisioner və 2 ədəd soyuducu yanıb. Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından muhafizə olunub. 

Goranboy rayonunun Səfikürd kəndində ümumi sahəsi 75 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstrukiyaları 15 m² sahədə, içərisində 1 ədəd paltaryuyan maşın və ev əşyaları yanıb. Göyçay rayonunun Mallı Şıxlı kəndində ümumi sahəsi 240 m² olan tövlənin, Oğuz rayonunun Bayan kəndində isə ümumi sahəsi 260 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 14 ton ot bağlaması yanıb. Hər üç halda yanğınlar söndürülüb.

XQ

Son xəbərlər