Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

post-img

Hörmətli cənab Prezident!

Sizi, növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə ürəkdən təbrik edirik. Seçkilə­rin nəticəsi Sizin yüksək siyasi nüfuzunuzu və yürütdüyünüz siyasətə olan milli dəstəyi sübut edir. Sizin müdrik və qətiyyətli rəhbərliyiniz, Azərbaycan Respublikasının gələcəkdə daha da inkişafının təminatıdır. 

Sizin qətiyyətli siyasi iradəniz və düşünülmüş addımlarınız sayəsində Azərbaycan xalqı 30 il həsrətində olduğu əzəli və əbədi torpaqlarına geri döndü. 

Cənab Prezident, fürsətdən istifadə edib bizə yaşatdığınız Zəfər sevincinə görə sizə bir daha dərin təşəkkürümüzü və minnətdarlığımızı çatdırırıq.

Çox hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu­layırıq.

Hörmətlə,

Ceyhun Məmmədov,

“Azpetrol Ltd” MMC-nin baş direktoru.

Son xəbərlər