Şimali Makedoniya prezidenti ilə görüş: Azərbaycanla əlaqələr müzakirə olunub

post-img

Şimali Makedoniya Türk Hərəkat Partiyasının lideri,  Şimali Makedoniya Parlamenti Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan parlamentləri ilə parlamentlərarası dostluq qrupunun sədri Enes İbrahim və Şimali Makedoniyanın siyasi quruluş və icmalararası əlaqələr nazirinin müavini, Türk Hərəkat Partiyasının sədr müavini Cabir Doko Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski ilə görüşüblər. 

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Görüşdə  partiyanın 2023-cü ildə gördüyü işlər, mövcud proseslər və Türk cəmiyyətinin hazırkı mövqeyi müzakirə edilib. Eyni zamanda, Azərbaycanla əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin intensivliyi, əməkdaşlığın faydaları müzakirə olunub. 

Qeyd edim ki, Enes İbrahim bizim mövqeyimizi Balkanlarda müdafiə edən siyasətçilərdəndir. Qarabağ işğalda olduğu müddətdə daima onu gündəmə gətirib, Ermənistanın işğalçılıq siyasətini daim sərt tənqid edən partiya rəhbəri olub”.

Anar Əli
XQ

Son xəbərlər