Fevralın 8-də xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının birinci vitse-spikeri Əbdürrəhim Əl-Maayah və İordaniya Senatı sədrinin köməkçisi, İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin rəhbəri Müflih Ər-Rəhimi ilə görüşüb.
Qeyd olunub ki, iki ölkə liderləri arasında yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artım əlaqələrin daha da inkişafına təkan verir.
Görüşdə diplomatik münasibətlərin əsasının qoyulmasından keçən 30 ildən artıq müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, təhsil və s. sahələr üzrə ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dostluq və həmrəyliyə əsaslanan dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov cari ildə ölkəmizdə keçiriləcək COP29-la bağlı görülən təşkilati tədbirlər barədə qarşı tərəfə məlumat verib.
Qarşı tərəf növbədənkənar prezident seçkilərinin uğurlu təşkili, habelə nəticələri ilə bağlı təbriklərini çatdırıb, ölkəmizə və xalqımıza davamlı inkişaf və rifah arzu edib.
Fevralın 8-də xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federal Senatında Braziliya–Azərbaycan dostluq qrupunun rəhbəri, senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar, ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub.
Azərbaycan Hökuməti ilə Braziliya Hökuməti arasında Ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun növbəti görüşünə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Söhbət zamanı, həmçinin bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli əlaqələrin inkişafı, habelə COP30-u keçirən ölkə kimi Braziliya ilə əlaqələndirmə işlərinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
XQ

