Ukrayna Ali Radası AŞPA-nı və Milli Məclisi dialoqa çağırıb

post-img

Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsi Avropa Şurası Parlament Assambleyasını və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini dialoq və əməkdaşlığa çağırıb.

Ali Radanın Xarici siyasət və parlament­lərarası əməkdaşlıq komitəsi bununla bağlı rəsmi müraciət qəbul edib. 

Müraciətdə qeyd olunub ki, AŞPA-nın 2024-cü il qış sessiyası zamanı yaranmış vəziyyəti və Azərbaycan parlamentinin nü­mayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsini nəzərə alaraq, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin 2024-cü il 7 fevral tarixli iclasında hər iki tərəf üçün müraciət qəbul edilib. 

Komitə müraciətində AŞPA-nı və Milli Məclisin Beynəlxalq münasibətlər və parla­mentlərarası əlaqələr komitəsini danışıqlar prosesinə qayıtmaq və konstruktiv dialoq yolu ilə fürsət tapmağa çağırır. “Bu gün nə qədər kəskin görünsə də, hər iki tərəfi prob­lemləri demokratiya və qanunun aliliyi prin­siplərini rəhbər tutaraq həll etməyə çağırı­rıq”, - deyə müraciətdə vurğulanıb.

Son xəbərlər