Xankəndi prezident seçkilərinə hazırdır

post-img

Xankəndi şəhəri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə tam hazırdır.  Secki-2024.az saytı xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsi üzrə 14 və 15 saylı seçki məntəqələrində cari il fevral ayının 7-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi yekunlaşıb.

Məlumat üçün bildirək ki, 122 saylı dairədə 15 məntəqə fəaliyyət göstərir. Onlardan 2-si Xankəndinin özündə, digər 13-ü isə respublikamızın digər bölgələrində yerləşir. Bütün məntəqələr, o cümlədən Xankəndi şəhərindəki 14 və 15 saylı məntəqələrdə seçkilərin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, təminat və təhcizatla bağlı məsələlər həllini tapıb. 

Son xəbərlər