Bakıda və rayonlarda baş vermiş yanğınlar söndürülüb

post-img

Bu gün ölkədə bir neçə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatı FHN mətbuat xidməti yayıb. 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki ümumi sahəsi 50m² olan ikiotaqlı mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mətbəxdə olan 1 ədəd qabyuyan, 1 ədəd paltaryuyan maşın və qaz sobası yanıb.

Mənzil yanğından mühafizə olunub.

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 65 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m² sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN bölmələri tərəfindən söndürülüb.

Beyləqan rayonunun Aşağı Çəmənli kəndində isə ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Yanğın söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər