Tanınmış ictimai-siyasi xadim Arif Ağakişiyevin 90 illik yubileyi Moskvada qeyd edilib

post-img

Yanvarın 25-də Rusiyanın paytaxtı Moskvada tanınmış azərbaycanlı ictimai-siyasi xadim, diplomat, ötən əsrin 60-cı illərində Şuşa Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmış Arif Ağakişiyevin 90 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin Arif Ağakişiyevin yubileyi münasibətilə təbrik məktubunu ona təqdim edib.

Arif Ağakişiyev təbrik məktubuna görə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, 50 ildən çoxdur Moskvada yaşamasına baxmayaraq, Azərbaycan ilə əlaqələrini kəsməyib. “SSRİ dönəmində xarici ölkələrdə diplomat kimi çalışdığım dövrdə də hər zaman Ulu Öndər Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olmağımla fəxr etmişəm. Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutub və inkişaf edir”, - deyə A.Ağakişiyev vurğulayıb.

Yubilyar İkinci Qarabağ müharibəsinin gedişini diqqətlə izlədiyini, Qarabağın, Şuşanın işğaldan azad olunması xəbərini böyük sevinclə qarşıladığını xüsusi vurğulayıb.

Sonra səfir Polad Bülbüloğlu və Arif Ağakişiyev Şuşa ilə bağlı xatirələrini bölüşüblər.



Son xəbərlər