Ceyhun Bayramov polşalı həmkarını təbrik edib

post-img

Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Polşa Res­publikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli plat­formalar çərçivəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında yüksək səviyyəli dostluq, hörmət və strateji tərəfdaşlığın əhəmiy­yətini vurğulayıb.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regional və­ziyyət barədə qarşı tərəfi ətraflı məlu­matlandırıb. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra sülh üçün geniş imkanlar yaran­dığı qeyd edilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konven­siyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişa­fı üçün əhəmiyyətli olduğu vurğulanıb.

XQ

Son xəbərlər