Yunanıstan ermənipərəst çağırışlara son qoymalıdır

post-img

Qərbi Azərbaycan İcması Yunanıstanın xarici işlər nazirinin İrəvanda ölkəmiz əleyhinə səsləndirdiyi əsassız və böhrançı itihamları cavablandırıb. İcmadan XQ-yə daxil olan sənəddə deyilir: 

“Yunanıstanın xarici işlər naziri İrə­vanda ölkəsinin “Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi”ni bildirmiş­dir. Yunan nazirin bu açıqlamalarını rəs­mi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyi və onun daxili işlərinə kobud müdaxiləsi kimi qiy­mətləndiririk”.

Açıqlamada qeyd edilir ki, Yunanıstan məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamalı, Azərbaycana qarşı təxribatçı addımlar atmamalıdır. Bu ölkə Ermənistandan Azərbaycan xalqının mədəni irsini məhv və təhrif etməməyi, UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə imkan verməyi tələb etməlidir.

XQ

Son xəbərlər