Naxçıvanda beynəlxalq şahmat turniri

post-img

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq reytinqli şahmat turnirinə start verilib. Beynəlxalq Şahmat Federasiyasının təqviminə daxil olan yarış Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Turnirin açılışında Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov və təhsil nazirinin müavini Ovni Muradov beynəlxalq yarışın qədim diyarda təşkilinin önəmini qeyd edərək iştirakçılara uğurlar arzulayıblar. Sonra yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim, qadınlardan ibarət milli komandamızın baş məşqçisi Fikrət Si­deifzadə yarışın ölkənin nüfuzlu şahmat regionu olan Naxçıvanda keçirilməsindən məmnunluğunu ifadə edib, turnirlə bağlı məlumatları diqqətə çatdırıb.

İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə 63 şahmatçı qatılıb. Yarışda qrossmeyster Zeynəb Məmmədyarova, Fariz Əhmədov, Türkiyədən Efe Kul Öz­dəmir, respublikanın müxtəlif regionla­rından şahmatçılar iştirak edirlər. Yarış yanvarın 15-də yekunlaşacaq, nəticələr beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.

Səbuhi HƏSƏNOV

Son xəbərlər