Uşaqların 8-i tam sağlam şəkildə evə yazılıb

post-img

Hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir. 

Bu barədə TƏBİB-dən verilən məlu­matda bildirilir. 

Bildirilib ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticə­sində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə hospitalizasiya olunan yenidoğulmuşların, hamilə qadın və zahı anaların zəruri müayinə və müalicələri intensiv şəkildə klinik protokollara uyğun olaraq davam etdirilir.

Hər birinin vəziyyəti, müalicə və müa­yinəsi TƏBİB rəhbərliyinin, eləcə də tabe­li tibb müəssisələrinin aparıcı mütəxəs­sislərinin nəzarətindədir. 

Respublika Perinatal Mərkəzindən digər tibb müəssisələrinə hospitalizasiya olunmuş yenidoğulmuşlardan ümumi­likdə 8-i bu gün tam sağlam şəkildə evə yazılıb. 

Uşaqların müalicəsi Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Kliniki Tibbi Mərkəzin nəz­dindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkə­zi və Xətai Tibb Mərkəzində davam etdi­rilir.

Uşaqlardan 2-si (əkizlər) valideynləri­nin istəyilə K.Y.Fərəcova adına Elmi-Təd-qiqat Pediatriya İnstitutuna köçürülüb.

XQ

Son xəbərlər