Azərbaycanlı alimin nüfuzlu Avropa mükafatı

post-img

Türkiyədə yaşayan görkəmli azərbaycanlı alim və siyasi xadim, qardaş dövlətin Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü professor Aygün Attara 2024-cü ilin ilk günlərində ölkə daxilindən və Avropadan ikiqat mükafat xəbəri gəlib. 

İstanbulda 6-cı Qadın Sa­hibkarlara Dəstək Zirvəsinin “Güclü qadınlar, güclü sabah­lar” mövzusunda keçiriləcək mərasimində mükafatlar Türk dünyasının ictimai-siyasi hə­yatında uğur qazanan qadın­lara təqdim olunacaq. “Türk dünyası ödülü” kateqoriyasın­da təltifdə görkəmli azərbay­canlı professor Aygün Attarın da adı yer alır. Münsiflər heyətinin qərarında bildirilir ki, “Bir millət, iki dövlət” siyasəti çərçivəsində uğurlu addımlar atmış Aygün Attar Azərbayca­nın inkişaf layihələrinin təbli­ğinə dəyərli töhfələr verib. 

Avropa Beynəlxalq Dip­lomatlar Birliyi tərəfindən verilmiş digər nüfuzlu müka­fat da Türkiyədən namizəd göstərilən professor Aygün Attara verilib. Avropanın mö­təbər qurumlarından olan və 24 il əvvəl Avropa Şurasının məsul vitse-prezidenti Günter Verheugenin dəstəyi ilə avro­palı diplomatlar tərəfindən ya­radılan DWM Diplomatlar As­sosiasiyası Avropa Şurası və Birləşmiş Millətlər ECOSOCtərəfindən akkreditə edilib, qərərgahı Almaniyada yerlə­şir.

Avropa Beynəlxalq Diplo­matlar Birliyinin qərarında bu fikirlər yer alıb: “30 ilə yaxın erməni işğalı altında qalan Qarabağda və Şərqi Zən­gəzurda doğulmuş, məcburi köçə məruz qalmış bir ailənin övladı olan professor Aygün Attar “Beynəlxalq Sülh və Akademiya” mükafatına layiq görülüb. Çoxsaylı akademik araşdırmaları, iştirakçısı oldu­ğu populyar televiziya proq­ramlarında çıxışları, ölkə daxi­lində və xaricdə təqdim etdiyi konfranslar vasitəsilə Türkiyə və Azərbaycanın Avropa coğ­rafiyasında tarixi, siyasi və mədəni baxımdan layiqincə tanıdılması istiqamətindəki səyləri, rəhbərlik etdiyi təş­kilat vasitəsi ilə vətəndaş cə­miyyətinə göstərdiyi müstəs­na xidmətlərinə görə, ictimai təşkilatlar vasitəsilə dünyada sülhün dəstəklənməsi və to­lerantlığın təşviqi istiqamətin­də ciddi işlərə öncüllük etmiş, Türkiyə ilə Azərbaycan ara­sında əlaqələrin inkişafında körpü rolunu oynamış pro­fessor Aygün Attar beynəlxalq miqyasda – xaricdə, xüsusən də Avropada yaşayan soydaş­ları və nüfuzlu qeyri-hökumət təşkilatları ilə uğurlu mədəniy­yət şəbəkəsi yaratdığına görə mükafat komissiyasının birgə qərarı ilə təltif edilir. 

EBCA Avropa Biznes Klu­bu Assosiasiyası, DC Diplo­matik Şurası, Ərəb-Türk İş Şurası, Enviro Kare, Lucas Nülle kimi beynəlxalq mö­təbər qurum və təşkilatlarla əməkdaşlıq edən Avropa Bey­nəlxalq Diplomatlar Birliyinin mükafatlandırma mərasimi bu ilin mart ayında Almaniya­nın Frankfurt şəhərində keçi­rilən beynəlxalq mərasimdə baş tutacaq. 

Sözardı: Xatırladaq ki, professor Aygün Attar Azər­baycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Vətənə xidmət” ordeni, 2022-ci ildə “Dostluq” ordeni ilə təltif edilib. Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərləri zamanı rəsmi nümayəndə heyətinin tərkibində olub. Təbrizli iş adamı ilə ailə həyatı quran və hər fürsətdə Təbriz gəlini olduğunu qürurla vurğulayan Aygün Attar üç övlad anasıdır, bir nəvəsi də var. 

Əslən Şərqi Zəngəzur­dan olan Aygün Attar Bakı Dövlət Universitetini bitirib, Rusiya Elmlər Akademiyasın­da doktorluq dissertasiyasını uğurla müdafiə edib. Ömrü­nün 30 ilindən çoxunu Tür­kiyədə yaşayan soydaşımız 2012–2016-cı illərdə Girəsun Universitetinin rektoru olub. Ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törət­diyi soyqırımlara həsr olun­muş çoxsaylı kitabların, silsilə məqalələrin müəllifidir. İki kita­bı dərs vəsaiti kimi tədris edilir. 

Nüfuzlu ictimai-siyasi xa­dim olan professor Aygün Attar Türkiyəyə, Azərbay­cana qarşı qərəzli fəaliyyət göstərən erməni lobbisi və onun uzantılarıyla illərdir yo­rulmadan mübarizə aparır. O, Türkiyə Böyük Millət Məcli­sində türk düşmənliyi fəaliyəti ilə tanınan erməni əsilli Karo Paylanın deputat mandatının huquq çərçivəsində ləğvinə, Qarabağ məsələsində Ermə­nistanın ədalətsiz mövgeyini müdafiə edərək Azərbaycanı ittiham edən HDP sədri Sə­lahaddin Dəmirtaşın Vətənə xəyanətdə suclanmasına və haqqında cinayət işinin başla­dılmasına nail olmub.

ATƏT-in beynəlxalq mü­şahidəçisi statusunu daşıyan Aygün Attar son parlament seçkilərində ATƏT-in Azərbay­cana qarşı yönəlmiş qərəzli və haqsız mövqeyini tənqid et­məkdən çəkinməyib, haqlı eti­razı ilə bu nüfuzlu beynəlxalq təşkilata ciddi tarixi “dərs ve­rib”.

Professor Aygün Attar elmi yaradıcılıqla bərabər, diaspor fəaliyyəti ilə də davamlı məş­ğul olur. 2021-ci ildən Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, 2019-cuildən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədridir. Bilkənd Universitetinin qurucu­su, professor İhsan Doğrama­cının 1997-ci ildə təsis etdiyi Fondun ölkələrimiz arasında əlaqələrinin inkişafında xü­susi yeri var. Ümummilli lider Heydər Əliyevin professor İhsan Doğramacı ilə səmimi dostluq münasibətləri fondun qısa müddətdə tanınmasına, inkişafına və nüfuz qazanma­sına böyük təsir göstərib. 

Bu ənənə bu gün də uğurla davam etdirilməkdə­dir və hazırda professor Ay­gün Attarın rəhbərlik etdiyi fond ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamından qaynaqlanan ta­rixi missiyanın həyata keçiril­məsində çox əhəmiyyətli işlər görməkdədir. 

XQ

Son xəbərlər