Ulu öndərin Naxçıvanda verdiyi “Xüsusi tapşırıq”

post-img

AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi Urfullah Qurbanovun “Naxçıvan” Universitetinin baş müəllimi Rəna Qurbanova ilə birgə hazırladığı “Xüsusi tapşırıq” kitabının təqdimat mərasimi olub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözün­də bildirib ki, “Xüsusi tapşırıq” kitabı Ümummilli lider Heydər Əliyevin 100 illi­yinə həsr olunub: “Naxçıvana gəldikdən sonra bölgəni blokadadan çıxarmaq, qoruyub-saxlamaq, əhalinin yaşayışını təmin etmək kimi çətin və məsuliyyətli vəzifələrin icrasına başlayan Ulu öndə­rin təşəbbüsü ilə Dövlət Milli Müdafiə Komitəsi yaradılıb. Komitənin əks-kəş­fiyyat şöbəsinin rəisi Urfullah Qurbanov bu planın icrasında fəallıq göstərib. U.Qurbanov Gəncədən lazım olan silah və avadanlıqları təyyarə ilə Naxçıvana gətirib, bu sıradan başqa mühüm tapşı­rıqları uğurla həyata keçirib”.

Təqdimat mərasimində kitabın re­daktoru, muxtar respublikanın Əmək­dar jurnalisti Səbuhi Həsənov yeni nəşr barədə ətraflı məlumat verib, Ulu öndərin xilaskarlıq fəaliyyətinin Nax­çıvan dövrünün öyrənilməsində kita­bın önəmindən bəhs edib. Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya uzun illərdən bəri blokada və erməni quldurlarının davamlı basqılarının dəf edilməsi şəraitində yaşamış muxtar respublika əhalisinin mübarizliyindən, Ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünün mühüm tarixi-siyasi hadisələrindən söz açıb.

Mərasimdə “Yaşıl İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyev, ehtiyatda olan polkovnik Fərail Rəcəb­li, AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Tofiq Əliyev qeyd ediblər ki, Naxçıvanın xilası Ümummilli lide­rin yorulmaz, uzaqgörən fəaliyyəti və onun göstərişlərini sədaqətlə yerinə ye­tirən qəhrəmanların cəsarəti sayəsində mümkün olub.

XQ

Naxçıvan

Son xəbərlər