“Diplomatik protokol bələdçisi” təqdim olunub

post-img

Dekabrın 16-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan yeni “Diplomatik protokol bələdçisi”nin təqdimat mərasimi keçirilib. 

ADA Universitetində təşkil olun­muş tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, xarici ölkələrin və bey­nəlxalq təşkilatların Azərbaycanda akk­reditə olunmuş diplomatik missiyalarının rəhbərləri və əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən XİN-in Dövlət pro­tokolu idarəsinin rəisi Anar Nəcəfli xarici ölkələrin və beynəlxalq təşkilatların Azər­baycanda akkreditə olunmuş diplomatik missiya üzvlərinin immunitet və imtiyaz­larının əks olunduğu “Diplomatik protokol bələdçisi” barədə məlumat verib. 

Qırx bölmədən ibarət bələdçidə akk­reditasiya qaydalarının, vergi və gömrük güzəştlərinin və digər diplomatik immuni­tet və imtiyazların öz əksini tapdığı vur­ğulanıb. Bələdçinin elektron formatda və kitab şəklində dərc olunduğu qeyd edilib.

Sonra Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın xarici siyasə­tinə dair videoçarx təqdim olunub.

Tədbirdə çıxış edən Xarici İşlər Na­zirliyinin Asiya idarəsinin rəisi Ramil Rza­yev 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələn zaman ölkəmi­zin ərazisinin bir hissəsinin işğal altında olmasına, dərin iqtisadi çətinliklərlə üzləş­məsinə baxmayaraq, Ulu öndərin Azər­baycanda qısa müddətdə siyasi böhrana son qoyduğunu, 1998–2003-cü illərdə apardığı uğurlu xarici siyasət sayəsində respublikamızın xarici ölkələrin etibar­lı tərəfdaşına çevrildiyini və beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutduğunu vurğulayıb. Bu baxımdan “Dip­lomatik protokol bələdçisi”nin Ulu öndərin anadan olmasının 100 illik yubileyi döv­ründə hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. 

Daha sonra çıxış edən Xarici İşlər Na­zirliyinin Dövlət protokolu idarəsinin rəis müavini Rövşən Hüseynzadə “Diplomatik protokol bələdçisi”ndə əks olunan dip­lomatik immunitet və imtiyazlar ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Son xəbərlər