Axtarışda olan 183 nəfər tutulub

post-img

Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğu üçün ümumilikdə 183, o cümlədən borclu şəxs qismində axtarışda olan 145 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 44 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

XQ

Son xəbərlər