Rusiya Prezidenti Vladimir Putin cümə axşamı, dekabrın 14-də vətəndaşlarla birbaşa xətt və jurnalistlərlə geniş mətbuat konfransı keçirir. Söhbəti “İzvestiya.ru” canlı yayımlayır.
“İlin nəticələri” adlı birləşmiş tədbirdə Rusiya liderinə 2 milyondan çox sual daxil olub. Kreml yüksək vətəndaş fəallığını qeyd edir. Xüsusilə, suallar pensiya, səhiyyə, mənzil və mənzil-kommunal xidmətlərə aiddir.
Prezident vətəndaşların sual və şikayətlərini dinləyir, məsul şəxslərə lazımi tapşırıqlarını verir.
Suallar 8 (800) 200-40-40 pulsuz nömrəsinə zəng etməklə və ya 04040 nömrəsinə SMS göndərməklə verilib, həmçinin moskva-putinu.ru saytındakı formadan istifadə edə bilərsiniz. Bundan əlavə, bu il smartfon proqramı da istifadəyə verilib.
P.ƏMİRCANOV
XQ