Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətinin məlumatına görə, 9-10 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 3 ədəd patron darağı, 66 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 1 avtomat, 1 patron darağı, 30 ədəd müxtəlif çaplı patron və 5 tüfəng götürülüb.
P.ƏMİRCANOV
XQ

