Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.2-ci maddəsini rəhbər tutaraq, “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 dekabr tarixli 4193 nömrəli Sərəncamının 2-ci hissəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8.1-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 179.2-ci maddələrinə əsasən qərara alır:
1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov