Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda “Yaradıcı həftə” çərçivəsində “Yaradıcı müzakirələr” layihəsi həyata keçirilib.
“Yaradıcı müzakirələr” layihəsinin koordinatoru Vüsal Süleymanlı, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Piri Nağıyev bildiriblər ki, 10 yaradıcı klaster üzrə ölkəmizin tanınmış simalarının bilik və təcrübələrini bölüşməsi bütün iştirakçılar üçün əhəmiyyətlidir.
İki gün davam edən layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

