Oğurluq edənlər saxlanılıb

post-img

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 29-da Xocəsən qəsəbəsi ərazisindəki bir kafe və mağazadan 2000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1996-cı il təvəllüdlü H.Ağayev saxlanılıb.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 30-da Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzində bir mağazadan 600 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Rzayev saxlanılıb.

Araşdırmalarla onun daha bir mağazadan 2000 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Novxanı kəndində bir evdən 25 ev quşu oğurlamaqda şübhəli bilinən Z.Ağadadaşov saxlanılıb. 

Araşdırmalarla onun müxtəlif vaxtlarda Novxanı və Saray qəsəbələrində 2 evdən və bir sexdən qızıl dişlər və 3600 manat dəyərində təmir alətləri oğurlaması da müəyyən olunub.

XQ

Son xəbərlər