Bank kartınızı qoruyun!

post-img

Kimsə sizə “onlayn iş fürsəti var, pul köçürmələrindən qazana bilərsiniz” – desə, qoşulmayın! Hamısı yalandır!

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiberon­layn talamalarla bağlı vətəndaşlara mü­raciətində deyib.

“Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartı nömrənizi göndərin, beh verim” – desə göndərməyin! Kimsə sizə “kampaniya var – ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” – desə et­məyin! Kimsə sizə “bank kartı nömrənizi göndərin yardım edəcəyəm”, – desə gön­dərməyin!

Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!”, – deyə xidmət rəisi bildirib.

XQ

Son xəbərlər