Oğrular yaxalanıblar

post-img

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov müəyyən olunaraq saxlanılıb. 

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Ramana qəsəbəsində evlərin birindən 1500 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Seyidov saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər