Növbəti voleybol yarışları noyabrın 25-də keçiriləcək

post-img

Qadın voleybolçular arasında Azərbaycan birinciliyində növbəti oyunlar noyabrın 25-də keçiriləcək. Bu barədə XQ-yə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, ölkə çempionatında ikinci turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində baş tutacaq. 

Ev oyunlarını Gəncə OİK-də keçirən “Gəncə” klubunun qonağı bu dəfə “AZERRAIL” olacaq. Oyun saat 18:00-da başlayacaq.

Həmin gün Bakıda GİN-nin Voleybol Mərkəzində ikinci turun daha iki oyunu baş tutacaq. İlk olaraq saat 15:00-da meydana “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları çıxacaqlar. Saat 18:00-da isə “Abşeron” və UNEC klubları üz-üzə gələcəklər.

Elçin ABBASOV

XQ

İdman