Pakistanda xeyriyyə bazarı

post-img

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində bu ölkənin Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi xeyriyyə bazarında iştirak edib.

Tədbirdə bir sıra xarici dövlətin Pakistandakı səfir­likləri və yerli şirkətlər iştirak ediblər.

Azərbaycan səfirliyinin stendində ölkəmizin milli yeməklərindən və şirniy­yatlarından ibarət müxtəlif təamlar iştirakçılara təqdim olunub, o cümlədən tarixi­mizin və mədəniyyətimizin təcəssümü olan suvenirlər nümayiş etdirilib.

Pakistanın birinci xanımı Samina Alvi, ölkənin xarici işlər naziri Cəlil Abbas Gila­ni və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, ölkəmizin milli mət­bəxinin nümunələri, eləcə də suvenirlərdən ibarət sərgi ilə tanış olublar. 

Xeyriyyə bazarında Azərbaycan səfirliyinin sten­dindən əldə olunan vəsait Qadınlar Assosiasiyasının fonduna köçürülüb.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

İslamabad

Son xəbərlər