bp-nin yeni vitse-prezidentinin adı açıqlandı

post-img

bp şirkətindən XQ-ə bildirilib ki, Elyar Əliyev 1 noyabr 2023-cü il tarixindən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda hüquq məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunur.

Bu vəzifədə Elyar Əliyev bp-nin AGT regionu üzrə rəhbər heyətin üzvü olacaq və Azərbaycan və Gürcüstanda yerləşən regional hüquq departamentinə rəhbərlik edəcək.

Elyar Əliyev yeni vəzifəsində Birləşmiş Krallığa geri dönən İvon MakAlisteri əvəz edəcək. Elyar bp-nin Azərbaycanda hüquq sahəsinə rəhbər təyin edilmiş ilk Azərbaycanlı mütəxəssisdir. 

Onun neft-qaz sektorunda hüquq sahəsi üzrə 23 ildən artıq dərin təcrübəsi var. Ə.Əliyev bp şirkətində fəaliyyətə 2009-cu ildə Bakı ofisində başlayıb və ilkin olaraq Azəri-Çıraq-Günəşli yatağı üzrə əməliyyatlara dəstək verib. Sonra isə o, bp-nin regional geoloji-kəşfiyyat işlərinə, o cümlədən Şəfəq-Asiman, Abşeron yarımadasının dayazsulu sahəsi və D230 kəşfiyyat bloku üzrə hasilatın pay bölgüsü sazişlərinin imzalanması və icrası üzrə hüquq işlərinə rəhbərlik edib.

 

Son xəbərlər