Türkiyənin F-16 təyyarələri Azərbaycanda

post-img

Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü münasibətilə ölkəmizdə keçiriləcək "Mustafa Kamal Atatürk – 2023" birgə taktiki təliminə hazırlıq məşqləri davam edir.

Təlimdə iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 təyyarələri dünən ölkəmizə gəlib.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanma­sı üzrə normativləri icra ediblər.

İki qardaş ölkənin hərbi qulluqçu­larının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə 23–25 oktyabr tarixlərində keçiriləcək birgə təlimdə əsas məqsəd qoşunların qarşı­lıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəet­mənin təkmilləşdirilməsi, təcrübə mü­badiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.

XQ

Son xəbərlər