İkitərəfli əlaqələr müzakirə edilib

post-img

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərliyi ilə mərkəzin nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

Mərkəzdən bildiriblər ki, səfər zamanı bu ölkənin aparıcı beyin mərkəzlərində görüşlər, dəyirmi masalar təşkil olunub, tərəflər arasında regional məsələlər və ikitərəfli münasibətlər haqqında fikir mü­badiləsi aparılıb.

BMTM-in nümayəndələri əvvəlcə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazir­liyinin Şahzadə Səud Əl-Faysal Diplo­matik Araşdırmalar İnstitutunda ikitərəfli əlaqələr və regional münasibətlər möv­zusunda konfransda gənc diplomatlar qarşısında çıxış ediblər.

XQ

Son xəbərlər