Baş prokurorun Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşü

post-img

Oktyabrın 16-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşüb.

Qonaqları salamlayan Baş prokuror qardaş Türkiyə ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki döv­lət” və türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimiz­dir” fəlsəfəsi ilə tarixən milli köklərə söy­kənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirib. Baş prokuror hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəti­cəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qaldırıldığını qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Mehmet Akarca ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqan­ları arasında əməkdaşlığın yüksək səviy­yədə olduğunu bildirərək Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı se­vincini bölüşüb. 

XQ

Son xəbərlər